Modern.az

Bu il 21 mindən çox şəxsə əlillik təyin edilib

Bu il 21 mindən çox şəxsə əlillik təyin edilib

Aktual

13 İyun 2023, 11:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 21,4 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 10,1 mininə ilkin, 11,3 mininə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

 

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib, 5,4 min şəxsə 33,2 min reabilitasiya vasitəsi verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et