Modern.az

Axtarışda olan 106 nəfər saxlanıldı - Kriminal xronika

Axtarışda olan 106 nəfər saxlanıldı - Kriminal xronika

Aktual

14 İyun 2023, 10:50

İyunun 13-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib: 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et