Modern.az

Türkiyə səfirliyi Şuşa Bəyannaməsi ilə bağlı paylaşım etdi

Türkiyə səfirliyi Şuşa Bəyannaməsi ilə bağlı paylaşım etdi

Aktual

15 İyun 2023, 10:50

Türkiyənin Azərbaycandakı səfirliyi Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlik “Twitter“ hesabında paylaşıb.

 

"Azərbaycanla köklü əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsinin 2-ci ildönümü mübarək! Şuşa Bəyannaməsinin məqsədlərinə və ortaq gələcəyə baxışa uyğun olaraq, biz Can Azərbaycan ilə müstəsna əlaqələrimizi bütün ölçüləri ilə davam etdirəcəyik", - məlumatda bildirilib.

 

Qeyd edək ki, bu gün "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ikinci ildönümüdür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et