Modern.az

Qusarda kanaldan meyit tapıldı

Qusarda kanaldan meyit tapıldı

Aktual

15 İyun 2023, 17:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Gündüzqala kəndində, su kanalında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et