Modern.az

Ötən sutka 40 yanğına çıxış - 7 nəfər xilas edilib

Ötən sutka 40 yanğına çıxış - 7 nəfər xilas edilib

Aktual

16 İyun 2023, 11:55

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər, o cümlədən qeyri-çimərlik ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Yuxarı Zeyxur kanalının Qusar rayonu, Gündüzqala kəndi ərazisindən keçən hissəsindən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı 52 nəfər təxliyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et