Modern.az

Tibb bacısının pulu və qol saatı oğurlandı

Tibb bacısının pulu və qol saatı oğurlandı

Aktual

16 İyun 2023, 12:50

Bakıda klinikada tibb bacısının pulu və qol saatı oğurlanıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-də paytaxtın Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində orada işləyən tibb bacısının pulunun və qol saatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mustafa Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən olunub.

Whatsapp
Bizə yazın!
Keçid et