Modern.az

Hökumət portallarının işləməməsinin səbəbi məlum oldu

Hökumət portallarının işləməməsinin səbəbi məlum oldu

Aktual

16 İyun 2023, 15:33

“AzInTelecom” MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşanır.

 

Bu barədə Modern.az-a “AzInTelecom” MMC-dən məlumat verilib.

 

Bildirilib ki, yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər.

 

Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.

 

“AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et