Modern.az

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Aktual

18 İyun 2023, 22:00

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.

 

Modern.az ​​​​​​xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

 

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək, Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et