Modern.az

DİN narkotik aludəçilərinin atasının iddialarına cavab verdi 

DİN narkotik aludəçilərinin atasının iddialarına cavab verdi 

Aktual

18 İyun 2023, 22:31

İnternet TV kanallarının birində polis əməkdaşlarının hərəkətləri ilə bağlı əsassız və həqiqətə uyğun olmayan iddialar səsləndirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, vətəndaş Vidadi Səmədovun narkotik aludəçisi olan övladları - əvvəllər CM-in 234-cü maddəsi ilə məhkum olunan Vüsal və Şahin Səmədovla bağlı səsləndirdiyi iddialarının hüquqi əsası yoxdur, yalandır, müdafiə məqsədi daşıyır.

 

Belə ki, mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra” markalı avtomobillə sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər.

 

Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb. Nəticədə avtomobildə olan V.Səmədov ayaq nahiyəsindən xəsarət alıb. Araşdırmalarla hadisə yerindən bir büküm narkotik vasitə olan heroin aşkarlanıb.

 

V.Səmədovun müalicəsi davam etdirilir.

 

Fakt üzrə araşdırmalar davam etdirilir.

 

“Media subyektlərinin diqqətinə çatdırırıq ki, qərəzli, böhtan xarakterli məlumatları yayarkən diqqətli olsunlar, çaşqınlıq yaradan iddiaları tirajlamaqdan çəkinsinlər”, - məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et