Modern.az

Tovuzda sel fəsadlar törətdi - FOTOLAR

Tovuzda sel fəsadlar törətdi - FOTOLAR

Aktual

19 İyun 2023, 08:07

Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törədib.


Modern.az xəbər verir ki, rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsində sel suları fəsadlara səbəb olub. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.


Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub.


Kəndlərdəki su arxları daşıb. Nəticədə Qaziqulu kəndində küçə və kiçik körpülər su altında qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et