Modern.az

Bu il 39 nəfər sığınacağa yerləşdirilib

Bu il 39 nəfər sığınacağa yerləşdirilib

Aktual

20 İyun 2023, 11:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq şöbələrinə qəbul ediliblər.

 

Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə ümumilikdə 150-yə yaxın şəxsə sosial xidmətlər göstərilib.

 

Onlardan böyük hissəsi reabilitasiya kursunu artıq başa vurub. Hazırda burada 25-i qadın, 42-si kişi olmaqla 67 sakinə stasionar formada reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Onlardan 13 nəfəri uşaqdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et