Modern.az

Azərbaycanda həkimlərə resept QADAĞASI

Azərbaycanda həkimlərə resept QADAĞASI

Aktual

20 İyun 2023, 13:32

Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

 

"Elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək", - deyə nazir müavini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et