Modern.az

Vulkan püskürməsi - Lavalar 2.5 kilometr hərəkət etdi 

Vulkan püskürməsi - Lavalar 2.5 kilometr hərəkət etdi 

Aktual

20 İyun 2023, 18:35

Filippinin paytaxtı Manilanın 330 kilometr cənub-şərqində yerləşən Mayon vulkanının lavaları təhlükə yaratmağa davam edir.

 

Modern.az xəbər verir ki, iyunun 11-də püskürməyə başlayan vulkanın lavaları artıq 2,5 kilometr məsafə qət edib.

 

Vulkan indiyədək 6,2 bal gücündə zəlzələ, 301 qaya çökməsi, iki güclü buxar və kül partlayışına səbəb olub.

 

Səlahiyyətlilər həyəcan səviyyəsinin hələ "3" olduğunu bildirsələr də, yaxın həftələrdə və ya günlərdə yenidən püskürmə ola biləcəyi barədə xəbərdarlıq ediblər.

 

Bildirilir ki, bölgədə 20 mindən çox insan təxliyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et