Modern.az

Bakıdan gedən təyyarə Naxçıvana enə bilmədi

Bakıdan gedən təyyarə Naxçıvana enə bilmədi

Aktual

20 İyun 2023, 23:32

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.

 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et