Modern.az

Naxçıvanda yeni rəhbər TƏYİNATI

Naxçıvanda yeni rəhbər TƏYİNATI

Aktual

21 İyun 2023, 13:32

Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik Hüququ Şəxsə yeni rəhbər təyin edilib.

 

Modern.az xəbər verir ki, Naxçıvan MR səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini vəzifələrini müvəqqəti icra edən Samir Sadıxovun müvafiq əmri ilə Fehruz Zehirov nazirin Muxtar Respublika Xəstəxanası Publik Hüququ Şəxs üzrə səlahiyyətli nümayəndəsi – direktor vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, xəstəxananın baş həkimi Zəbur Bağırov ötən gün işdən çıxarılıb. Xəstəxana publik hüquqi şəxs olduğu üçün orda sturuktur dəyişikliyi edilərək direktor və müavin vəzifələri təsis ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et