Modern.az

Baş prokuror: Qonşularımız təxribatları dayandırmır 

Baş prokuror: Qonşularımız təxribatları dayandırmır 

Aktual

22 İyun 2023, 15:02

“Təəssüflər olsun ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”.

 

Modern.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

 

"May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşlarına qarşı heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmağımızı zəruri edir", - deyə Baş prokuror bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et