Modern.az

İki dəfə həbs edilən gömrükçülər yenidən AZADLIQDA

İki dəfə həbs edilən gömrükçülər yenidən AZADLIQDA

Aktual

22 İyun 2023, 16:38

Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin sabiq əməkdaşları Ceyhun Şabanov və Sadiq İsgəndərov azadlığa buraxılıblar.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gömrükçülər cəzalarının çəkilməmiş hissəsindən şərti olaraq azad ediliblər.

 

Yerli məhkəmənin qərarında deyilir ki, məhkumlar dərhal həbsdən buraxılmalıdırlar.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə Sadiq İsgəndərov və Ceyhun Şabanov məhkəmə zalından azadlığa buraxılmışdılar. Sonradan dövlət ittihamçısı hökmdən protest vermişdi.

 

Bundan sonra Bakı Apellyasiya Məhkəməsində C.Şabanov və S.İsgəndərov barəsində iki il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılmış, onlar yenidən məhkəmə zalında həbs olunmuşdular.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et