Modern.az

İlham Əliyev ölkədə yenilik edərək şəffaflığı təmin etdi - Zahid Oruc

İlham Əliyev ölkədə yenilik edərək şəffaflığı təmin etdi - Zahid Oruc

Aktual

23 İyun 2023, 10:57

Prezident İlham Əliyev ölkədə bütün sahələrdə yenilik edərək şəffaflığı təmin etdi. Dövlətimizin başçısı bütün sahələrdə sistemli dəyişikliklər edib. Həmçinin iqtisadi və biznes mühitinin yenilənməsi istiqamətində mühüm qərarlar verdi. Yüksək təhsilli və mütərəqqi şəxslərin mühüm vəzifələrə təyini islahatlara müqavimət göstərən qüvvələrin vəzifədən kənarlaşdırılması fonunda baş verdi.

 

Modern.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

 

O əlavə edib ki, təkcə 2018-2020-ci il ərzində ölkədə önəmli vəzifələrdə çalışan yüzlərlə şəxs vəzifəsindən azad edilib, böyük dəyişikliklər həyata keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et