Modern.az

Avtomobillərin şüşələrini sındıraraq qiymətli əşyaları oğurladı

Avtomobillərin şüşələrini sındıraraq qiymətli əşyaları oğurladı

Aktual

23 İyun 2023, 15:08

Nərimanov rayonunda avtomobillərin şüşələrini sındıraraq qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, notbuk, pul kisələri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub.

 

Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib. Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

 

İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et