Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası iyunun 26-da Lüksemburqda iclas keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.
Bildirilir ki, iclasda Rusiya-Ukrayna müharibəsi gündəmdə olacaq.
Bundan əlavə, Avropa İttifaqı Şurasında Tunis, Ermənistan və Azərbaycan, həmçinin Serbiya və Kosovo arasında dialoq müzakirə ediləcək.