Modern.az

Ömürlük məhkumlar məhkəməyə müraciət etdilər

Ömürlük məhkumlar məhkəməyə müraciət etdilər

Aktual

24 İyun 2023, 14:20

Ömürlük azadlıqdan məhrum edilən 3 nəfər məhkəməyə müraciət edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hazırda Qobustan həbsxanasında cəza çəkən və ömürlük azadlıqdan məhrum edilən “Qaranquş” dəstəsinin üzvü İntiqam Qayıbov, Sahib Məmmədəliyev və digər ömürlük məhkum Yaşar Pənahpur Qaradağ rayon Məhkəməsinə ərizə veriblər.

 

Onlar ərizələrində 25 ildən artıqdır cəza çəkdiklərini və barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.

 

Ərizə verənlərdən Sahib Məmmədəliyevin ərizəsi təmin etməyib. O, qərardan apelyasiya şikayəti verib.

 

İntiqam Qayıbov və Yaşar Pənahpurun məhkəmə prosesi isə təxirə salınıb və yaxın günlərdə o işlər üzrə də qərar veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et