Modern.az

Bakı Biznes və Kooperasiya Kollecində "Məzun Günü" keçirilib - FOTOLAR

Bakı Biznes və Kooperasiya Kollecində

Aktual

24 İyun 2023, 14:40

İyunun 24-də Bakı Biznes və Kooperasiya Kollecində "Məzun Günü" ilə bağlı konsert proqramı təşkil olunub.

 

Modern.az xəbər verir ki, 2022/2023-cü tədris ilini uğurla başa vuran tələbələrin mükafatlandırma mərasiminin, müəllimlərin və məzunlarımızın çıxışları ilə baş tutan konsert proqramı Bakı Biznes və Kooperasiya Kollecinin həyətində keçirilib.

 

Mərasimi Kollecin direktoru Elnur Allahverdiyev açıq elan edib.

 

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, müəllimlər və məzun tələbələr çıxış ediblər.

 

Bakı Biznes və Kooperasiya Kollecini təhsili və ictimai fəallığı ilə fərqlənərək bitirən bir neçə məzuna xüsusi fəxri fərmanlar, ilin şöbə müdiri, ilin fənn birləşmə sədri, ilin müəllimi və ilin işçisi mükafatları təqdim olunub.

 

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et