Modern.az

Paşinyan Putinlə Rusiyadakı hadisələri müzakirə edib

Paşinyan Putinlə Rusiyadakı hadisələri müzakirə edib

Aktual

24 İyun 2023, 22:39

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

Paşinyan və Putin Rusiyadakı son hadisələri müzakirə ediblər.

 

Ermənistanın baş naziri Rusiya prezidentinə bildirib ki, Rusiya Federasiyasında baş verənlər bu ölkənin daxili işidir.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et