Modern.az

Liderlərimizin siyasi iradəsi nəticəsində millətimizin arzusu reallaşdırılıb

Liderlərimizin siyasi iradəsi nəticəsində millətimizin arzusu reallaşdırılıb

Aktual

25 İyun 2023, 07:40

“Türkiyə-Azərbaycan münasibətləri dövlətlərarası münasibətlər sisteminin fövqündə dayanır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Akit” qəzetinə açıqlamasında iqtisadçı Şahin İbadov deyib.

 

Ş.İbadov əlavə edib ki, iki qardaş ölkə arasında olan əlaqələrin dünyada bənzəri yoxdur:

 

“Təbii ki, ölkələrimiz arasında əlaqələrin qədim tarixi var. Amma bu münasibətlərin daha da yüksək səviyyəyə və strateji müttəfiqlik mərhələsinə çatdırılması təsadüfən baş verməyib. Bu cənab prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti nəticəsində mümkün olub. Liderlərimizin qətiyyətli siyasi iradəsi nəticəsində millətimizin arzusu reallaşdırılıb”.

 

Ş.İbadov əlavə edib ki, əlaqələrimizin daha da möhkəmləndirilməsində iki il öncə Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın azadlıq simvolu olan Şuşada imzalanan Şuşa Bəyannaməsinin xüsusi rolu var.

 

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı da danışan Ş.İbadov deyib ki, Türkiyə dövlət başçısının prezident seçildikdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi qardaş ölkənin tarixi dövlət ənənələrindən irəli gəlsə də, hazırki geosiyasi proseslər fonunda çox ciddi syrateji əhəmiyyət daşıyır:

 

“Ona görə də bu səfər sıradan bir hadisə deyil. Bu, Ermənistana və onun havadarlarına verilən ciddi siyasi mesajdır. Biz bir yerdəyik və əbədi olaraq bir yerdə olacağıq. Cənab prezidentin dediyi kimi, Türkiyə-Azərbaycan iki millət, bir dövlət və bir yumruqdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et