Modern.az

Yardımlıda 1,5 tondan artıq xaşxaş kolu yandırıldı - FOTO

Yardımlıda 1,5 tondan artıq xaşxaş kolu yandırıldı - FOTO

Aktual

25 İyun 2023, 15:04

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Yardımlı rayonunun Alar kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 500 kiloqramdan artıq olan 10 min ədədə yaxın xaşxaş kolu çıxarılıb və yandırılaraq məhv edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et