Modern.az

Keçmiş arvadını qızının gözü qarşısında öldürdü - Cinayət işi

Keçmiş arvadını qızının gözü qarşısında öldürdü - Cinayət işi

Aktual

25 İyun 2023, 17:06

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Modern.az xəbər verir ki, cari il martın 13-də Astara rayon Maşxan kənd sakini 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 

İbtidai istintaqla 1993-cü il təvəllüdlü Yusif Verdiyevin evə qanunsuz daxil olmaqla yatmış vəziyyətdə olan keçmiş arvadı Gülşən Qurbanovanı azyaşlı qızının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Yusif Verdiyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et