Modern.az

Ceyhun Bayramov sabah Mirzoyanla GÖRÜŞƏCƏK 

Ceyhun Bayramov sabah Mirzoyanla GÖRÜŞƏCƏK 

Aktual

25 İyun 2023, 18:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Görüş sabah ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər.

 

Mirzoyan artıq ABŞ-a yola düşüb.

 

Qeyd edək ki, iyunun ortalarında XİN başçılarının Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et