Modern.az

Əcnəbilər Azərbaycana hansı məqsədlə gəlir? - RƏSMİ

Əcnəbilər Azərbaycana hansı məqsədlə gəlir? - RƏSMİ

Aktual

26 İyun 2023, 16:44

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin səfərlərinin məqsədi üzrə bölgüsü açıqlanıb.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Qeyd olunub ki, ötən il ümumilikdə ölkəyə 1602,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Onlardan 1058,1 mini turizm məqsədilə səfər edib. O cümlədən 398,5 min nəfər istirahət, əyləncə turizmi, 400,5 min nəfər işgüzar turizm, 14 min nəfər müalicə turizmi, 2,2 min nəfər dini turizm, 184.8 min nəfər qohumlara, dostlara baş çəkmək, 58,1 min nəfər digər turizm məqsədilə, 544,2 min nəfər isə digər məqsədlə ölkəmizə gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et