Modern.az

Çətin şəraitə baxmayaraq, yenidənqurma işləri davam edir - Zakir Həsənov

Çətin şəraitə baxmayaraq, yenidənqurma işləri davam edir - Zakir Həsənov

Aktual

26 İyun 2023, 16:55

Çətin əməliyyat vəziyyətinə baxmayaraq, orduda yenidənqurma işləri davam edir. Bu da Silahlı Qüvvələrin əsas inkişaf istiqamətlərinə təsir göstərir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov yerli televiziyaya müsahibəsində deyib.

 

Silahlı Qüvvələrin əsas inkişaf istiqamətlərin söz açan Zakir Həsənov bildirib ki, “Bunlar Silahlı Qüvvələrin qurulması, Silahlı Qüvvələrin strukturu, bütün istiqamətlər üzrə kadr hazırlığı, hərbi təhsil, kadr hazırlığı, mütəxəssis hazırlığı, silah məsələləri və bir sıra məsələlərdir”.

 

Nazirin sözlərinə görə, son reytinqlər Azərbaycan Ordusunun yüksək peşəkarlığından xəbər verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et