Modern.az

Yanğın daha bir ailəni evsiz qoydu

Yanğın daha bir ailəni evsiz qoydu

Aktual

26 İyun 2023, 17:32

Neftçala şəhərində ümumi sahəsi 96 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün (qamış və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et