Modern.az

İraqın xarici işlər naziri Azərbaycana gəlir

İraqın xarici işlər naziri Azərbaycana gəlir

Aktual

3 İyul 2023, 16:48

İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.

 

Bu barədə Modern.az-a İraqın Bakıdakı səfirliyindən məlumat verilib.

 

Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.

 

İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et