Modern.az

Mehdiabadda qanunsuz tikintilər söküldü - VİDEO

Mehdiabadda qanunsuz tikintilər söküldü - VİDEO

Aktual

5 İyul 2023, 10:53

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et