Modern.az

Şöbə müdirinə Naxçıvanda yüksək vəzifə verildi

Şöbə müdirinə Naxçıvanda yüksək vəzifə verildi

Aktual

5 İyul 2023, 13:04

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev əmr imzalayıb.

 

Əmrə əsasən, Malik İsmayılov aparat rəhbəri təyin olunub.

 

Qeyd edək ki, Malik İsmayılov bundan öncə Şərur Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et