Modern.az

109 motosiklet, 918 moped sürücüsü cərimələnib

109 motosiklet, 918 moped sürücüsü cərimələnib

Aktual

6 İyul 2023, 10:14

Bu ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

"Lakin onlar yol hərəkəti qaydalarına düzgün riayət etsələr, cərimə olunmamaqla yanaşı, heç kimin həyatı üçün təhlükəli vəziyyət yaratmazlar", - məlumatda qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et