Modern.az

Fransa işğalçı dövlətdir

Fransa işğalçı dövlətdir

Aktual

6 İyul 2023, 10:17

"Fransa işğalçı dövlətdir. Müstəmləkəçilik zorakılıqla, hərbi qüvvənin tətbiqi ilə başlayıb"

 

Modern.az xəbər verir ki, bu barədə Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbirdə çıxış edən Fransa Milli Assambleyasının deputatı Jean Victor Castor deyib.

 

“Bizim ərazilərimizin 90 faizi Fransa tərəfindən işğal edilib. Burada yerli xalqlar azaldılıb. Yerli xalqların hüquqları tanınmayıb. Bütün təbii resursların istifadəsi bizə qadağan edilib. Fransa işçiləri müqavilə ilə işə götürmür. Kasıblıq həddi 5 il ərzində 30 faizdən 54 faizə yüksəlib. Fransanın siyasəti, həmçinin yerli xalqın mədəniyyətinin inkişafına mane olur və fransız dilindən istifadəni diktə edirlər. Yerli dildən istifadəyə icazə vermirlər. Məktəblərdə tədris edilən dərslər belə Fransa tərəfindən seçilir və ölkəmizi coğrafiyada Fransaya məxsus təqdim edirlər", - deyə deputat vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et