Modern.az

Sülh səyləri yeni dövrün başlanğıcıdır - NAZİR

Sülh səyləri yeni dövrün başlanğıcıdır - NAZİR

Aktual

10 İyul 2023, 10:32

Azərbaycanın regionda sülh siyasəti yeni dövrün başlanğıcıdır.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda keçirilən tədbirdə deyib.

 

"Regiondakı yeni reallıqlar xarici siyasətimizin irəliləməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artmaqdadır", - nazir bildirib.

 

XİN başçısı çıxışı zamanı Qarabağ müharibəsində əldə olunan qələbənin beynəlxalq əhəmiyyətinə diqqət çəkib: “Ərazi bütövlüyümüzü döyüş meydanında bərpa etsək də, hesab edirəm ki, Azərbaycan diplomatik müstəvidə də ölkəmizin ərazi bütövlüyünü uğurlu şəkildə beynəlxalq ictimaiyyətə tanıdır və tanıtmaqdadır”.

Whatsapp
Bizə yazın!
Keçid et