Modern.az

Sahibkarlarla növbəti görüş Lənkəranda olacaq

Sahibkarlarla növbəti görüş Lənkəranda olacaq

Aktual

10 İyul 2023, 12:18

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Modern.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. Aksiya Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq.

 

“Səyyar qəbul otağı” iyulun 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et