Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə ballistik raket atıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
NATO ölkələri Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raketlər və kütləvi qırğın silahları hazırlamaq proqramlarını pisləyib. Alyansın Vilnüs sammitinin birinci gününə aid bəyanatda bununla bağlı məsələ yer alıb.