Modern.az

İsrail müdafiə naziri Bakıda görüşlər keçirəcək - YENİLƏNİB

İsrail müdafiə naziri Bakıda görüşlər keçirəcək - YENİLƏNİB

Aktual

12 İyul 2023, 12:22

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Y.Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

***

09:33

 

İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, səfər bu gün başlayacaq.

 

Yerli KİV-də yer alan məlumata görə, nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.

 

Bundan əlavə, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et