Modern.az

Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək

Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək

Aktual

12 İyul 2023, 15:54

İyulun 15-də bilyardın “POOL-9” növü üzrə Azərbaycan çempionatına start veriləcək.

 

Modern.az-ın məlumatına görə, üç gün davam edəcək yarış "Pro Pool Station" bilyard klubunda keçiriləcək.

 

İyunun 23-də başlayan qeydiyyat prosesi bu gün axşam saat 22:00-da başa çatacaq. Turnirin püşkatması iyulun 14-də saat 20:00-da olacaq.

 

Açılış mərasimi ilk yarış günündə saat 11:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et