Modern.az

735 milyon insan aclıqdan əziyyət çəkir - HESABAT

735 milyon insan aclıqdan əziyyət çəkir - HESABAT

Aktual

12 İyul 2023, 20:55

2022-ci ildə dünyada ac insanların sayı 2021-ci ilə nisbətən bir qədər azalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilir.

 

Qeyd olunur ki, 2021-ci ildə 674,6-796,9 milyon insan aclıqdan əziyyət çəkirdisə, 2022-ci ildə ac insanların sayı 690,6-783,1 milyon olub.

 

Beləliklə, orta hesabla ac insanların sayı 738,9 milyon nəfərdən 735,1 milyon nəfərə qədər azalıb.

 

BMT qeyd edir ki, artım tempinin ləngiməsinə və hətta ac insanların sayının bir qədər azalmasına baxmayaraq, aclıqdan əziyyət çəkənlərin sayı hələ də 2019-cu illə müqayisədə xeyli çoxdur.

 

Hesabatda qeyd olunur ki, hazırkı tendensiya davam edərsə, dünya hökumətləri 2030-cu ilə qədər aclığa son qoymaq məqsədinə çata bilməyəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et