Modern.az

Voleybol üzrə millimizin heyəti açıqlandı

Voleybol üzrə millimizin heyəti açıqlandı

Aktual

13 İyul 2023, 11:47

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, baş məşqçi Ataman Güneyligil yığmaya 17 oyunçu dəvət edib.

 

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.


Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.


Oyunqurucular: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.


Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.


Baş məşqçi: Ataman Güneyligil

 

Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et