Modern.az

“Prius”un iştirakı ilə daha bir QƏZA

“Prius”un iştirakı ilə daha bir QƏZA

Aktual

14 İyul 2023, 13:40

Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib.

 

Rayon Polis İdarəsindən Modern.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Masazır dairəsində qeydə alınıb. MAN markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşının qoşqusunu aşırıb. Həmin vaxt paralel hərəkətdə olan “Toyota” markalı taksi avtomobili qoşqunun altında qalıb.

 

Xəsarət alan “Toyota”nın sürücüsü xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et