Modern.az

Olimpiada qalibləri 650-dən çox bal toplayır - Emin Əmrullayev

Olimpiada qalibləri 650-dən çox bal toplayır - Emin Əmrullayev

Aktual

14 İyul 2023, 16:18

"Olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları bal 650-dən çox olur".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

 

O bildirib ki, vaxtilə beynəlxalq olimpiada qaliblərinin müsabiqədənkənar ali məktəbə qəbulunun sui-istifadələrə gətirib çıxaracağı iddia edilirdi.

 

Nazirin sözlərinə görə, adətən olimpiada qalibləri ali məktəblərə qəbul imtahanlarında da iştirak edir: "Onların imtahanda topladıqları orta bal 650-nin üzərində olur. Olimpiadadan əldə edilən ən vacib nüans prosesin şəffaf keçirilməsidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et