Modern.az

Osmaniyədə meşə yanğını - FOTO

Osmaniyədə meşə yanğını - FOTO

Aktual

15 İyul 2023, 14:38

Türkiyənin Osmaniyə bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın başlayıb.

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, külək nəticəsində yanğın sürətlə yayılıb.

 

Meşə Əməliyyat Müdirliyinin söndürmə qrupları bölgəyə göndərilib. 2 helikopterlə havadan, çiləyici texnika ilə qurudan müdaxilə edilən yanğın nəzarət altına alınmağa çalışılır.

 

Qeyd edək ki, 3 gün əvvəl eyni ərazidə baş verən yanğında 3 hektar əraziyə ziyan dəyib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et