Modern.az

Hicab taxmayan qadın meyit yumağa məhkum edildi - FOTO

Hicab taxmayan qadın meyit yumağa məhkum edildi - FOTO

Aktual

15 İyul 2023, 17:14

İranda məcburi hicab tələbinə etiraz edən qadın meyit yumağa və cərimə ödəməyə məhkum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı İranda İnsan Haqları Təşkilatına istinadla məlumat yayıb.

 

Bildirilib ki, Vəramin şəhər Cinayət Məhkəməsi Ahəngər adlı xanımı ictimai yerdə hicabı çıxardığı və avtomobil idarə edərkən sözügedən tələbə riayət etmədiyi üçün 31 milyon tümən (1256 ₼) məbləğində cərimələyib. O, həmçinin məhkəmənin qərarı ilə bir ay meyit yumalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et