Modern.az

Liftdə köməksiz vəziyyətdə qaldılar

Liftdə köməksiz vəziyyətdə qaldılar

Aktual

16 İyul 2023, 11:32

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində beş halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 7 nəfərə müvafiq köməklik göstərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et