Modern.az

YAP-a yeni üzv olanlara vəsiqə verildi - FOTOLAR

YAP-a yeni üzv olanlara vəsiqə verildi - FOTOLAR

Aktual

17 İyul 2023, 09:46

“Heydər Əliyev İli” çərçivəsində YAP Kəlbəcər Rayon təşkilatı tərəfindən 14 iyul 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov və partiyanın fəalları iştirak ediblər.

 

Əvvəlcə Gəncə şəhəri Heydər Əliyev mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendə baxış keçiriblər.

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov  bildirdi ki, Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yarada bilmişdi. SSRİ-ni lərzəyə salan milli-azadlıq hərəkatının qüdrəti və əzəməti ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə əsası qoyulmuş milli oyanış, milli dirçəliş, milli özünüdərk prinsipləri ilə üzvü surətdə səsləşirdi. Bu illər ərzində atılan addımlar və görülən işlər müstəqillik dövründə Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və onun həyata keçirdiyi bütün işlərə əməli dəstək verən Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir”

 

Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara vəsiqələr verildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et