Modern.az

TƏBİB-də ictimaiyyətlə əlaqələr üzrə 17 vakant yer var

TƏBİB-də ictimaiyyətlə əlaqələr üzrə 17 vakant yer var

Aktual

17 İyul 2023, 12:04

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə 17 vakant yer var.

 

Modern.az xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

 

TƏBİB-in tabeliyində 90 tibb müəssisəsinin olduğunu xatırladan sözçü bildirib ki, həmin xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə ştat vahidlərinin sayı 110-dur:

 

"Bu ştatlar üzrə hazırda 83 nəfər çalışır. Ümumilikdə isə bu sahə üzrə 17 yer vakantdır. Ştat vahidi olmayan yerlərin sayı isə 3-dür".

Twitter
Sizə yeni tvit var
Keçid et