Modern.az

Metroda güclü yağışlarla bağlı qabaqlayıcı işlər görülür

Metroda güclü yağışlarla bağlı qabaqlayıcı işlər görülür

Aktual

17 İyul 2023, 13:54

Qısamüddətli güclü yağışla əlaqədar Bakı metropoliteninə əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

 

Bildirilib ki, bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunaraq açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub. Aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib. Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb. Gün ərzində nəzarət davam etdiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et